Yurgen Klinsmann: Uğurumuzun səbəbkarı Berti Foqts idi
09.05.2012 - 14:06
Yurgen Klinsmann: Uğurumuzun səbəbkarı Berti Foqts idi
“Deməzdim ki, 1996-cı ildə Avropa çempionu olmağımızın əsas səbəbarı Mattias Zammerdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya futbolunun əfsanələrindən olan Yurgen Klinsmann deyib.

O, Bundestimin qazandığı sonuncu titulu xatırlayaraq 1996-cı ildəki Avropa çempionluğunu baş məşqçinin adı ilə bağlayıb. Klinsmann hazırda Azərbaycan milli komandasına rəhbərlik edən Berti Foqtsun qızıl medalların qazanılmasındakı xidmətini yüksək qiymətləndirib: “Düzdür, o, həm Almaniya, həm də Avropada ilin futbolçusu seçildi. Lakin Mattias komandamızın təcrübəli futbolçularından biri idi. Mənim üçün Avropa çempionatında cəmi 1 diqqətçəkən adam var idi. Bu da uğurumuzun səbəbkarı Berti Foqts idi. O. Cəmi 4-5 təcrübəli futbolçuya malik olsa da böyük məsuliyyətin altına girmişdi”.