Tahir Süleymanovun adı yeni insidentdə!
09.05.2012 - 17:15
"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanovla FİFA referisi Elçin Məmmədov arasında insident baş verib.
Apasport.az saytının xəbərinə görə, tərəflər arasındakı narazılıq Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin otağında başlayıb.
Belə ki, T. Süleymanov Premyer Liqanın XXIX turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" - "Neftçi" (1:0) matçının idarəçiliyindən şikayətçi olub.
PFL prezidenti isə həm "Neftçi"nin vitse-prezidenti, həm də həmin qarşılaşmanın baş hakimi Elçin Məmmədovu otağına dəvət edərək, məsələyə aydınlıq gətirməyə çalışıb.
Üçtərəfli görüşdə "Xəzər Lənkəran" - "Neftçi" görüşünün mübahisəli məqamlarına dəfələrlə baxılsa da, T. Süleymanov E. Məmmədovun oyunun idarəçiliyində səhvə yol verməməsi ilə bağlı fikirlə razılaşmayıb və mübahisə davam edib.
Hadisə şahidlərinin dediyinə görə, mübahisə hətta AFFA-nın həyətində də səngiməyib və nəticədə E. Məmmədov "Neftçi"nin vitse-prezidenti ilə əlbəyaxa olub. O, T. Süleymanovu "Neftçi"nin prezidenti Sadıq Sadıqovda hakimlər barədə yanlış rəy formalaşdırmaqda günahlandırıb.
Qalmaqalda adı hallanan Elçin Məmmədov T. Süleymanovla aralarında mübahisə olduğunu təkzib etməsə də, dava düşdüyünü təsdiqləməyib.
Qalmaqalın digər iştirakçısı Tahir Süleymanov isə apasport.az saytının əməkdaşına bildirib ki, bu barədə danışmaq istəmir.
Qeyd edək ki, ötən ilin iyulunda T. Süleymanovla "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı arasında da insident yaşanmışdı.

0
0