“Komandamızın ifasında gözəl kombinasiyaların şahidi olduq”
09.05.2012 - 19:25
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt bu gün Lənkəranda Latviya millisi ilə keçirilən oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis millimizin qazandığı 4:0 hesablı qələbəyə belə şərh verib: “Bu gün komandamızın ifasında gözəl kombinasiyaların şahidi olduq. Sonuncu ötürmələrin keyfiyyətinin yüksəldilməsi üzərində çalışmalıyıq. Bu rəqiblə keçirəcəyimiz növbəti oyunda daha yaxşı oynamağa çalışacağıq. Latviya yığması üzərində qazandığımız qələbəni azarkeşlərimizə, bu gün bizi stadionda dəstəkləyən tamaşaçılara həsr edirik”.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0