Çempionluq matçının baş hakimi açıqlandı
09.05.2012 - 19:36
Çempionluq matçının baş hakimi açıqlandı
Futbol üzrə Türkiyə Super Finalında çempionu müəyyənləşdirəcək “Fənərbaxça” – “Qalatasaray” derbisinin baş hakimi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, məşhur FİFA referisi Cüneyt Çakırdır.

Çakır Super Finalın ötən 5 turu ərzində heç bir oyuna təyinat almayıb. Əvəzində o, Çempionlar Liqasında İspaniyanın “Barselona” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.

36 yaşlı referi 8 iyun – 1 iyulda Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının oyunlarında da Türkiyəni baş hakim qismində təmsil edəcək.

Qeyd edək ki, mayın 12-də keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” derbisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Super Finalda 5 turdan sonra “Qalatasaray” 46 xalla liderdir. “Fənərbaxça” isə 45 xalla 2-ci pillədədir.