“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu
10.05.2012 - 08:20
Avroliqada 2011/12 mövsümünün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya finalı “Atletiko”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Madrid təmsilçisi tarixində 2-ci dəfə turnirin qalibi olub. UEFA kuboku Avroliqa adlandığı ilk mövsümdə - 2010-cu ildə də kuboku “Atletiko” qazanmışdı. Onda İngiltərənin “Fulhem” klubunu Hamburqda 2:1 hesabı ilə yenən madridlilərin bu dəfə Rumıniyanın paytaxtında qələbəsi daha inamlı olub.
Oyunun qəhrəmanı isə Radamel Falkao olub. Hələ ilk hissədə etdiyi dublla matçın taleyini həll edən kolumbiyalı hücumçu ötən il “Portu”nun heyətində Avroliqanın qalibi olmuşdu. Cari mövsümdən madridlilərin heyətində çıxış edən Türkiyə yığmasının futbolçusu Arda Turan karyerasında ən böyük uğuru qazanıb. Əsas heyətdə meydana çıxan 25 yaşlı yarımmüdafiəçi 90+3-cü dəqiqədə əvəzlənib.
9 may
“Atletiko” (İspaniya) – “Atletik” (İspaniya) – 3:0
Qollar: Radamel Falkao, 7, 34, Dieqo, 85
Buxarest. Milli stadion.

0
0