Avropada Cənubi Amerika rüzgarı
10.05.2012 - 08:33
Avropada Cənubi Amerika rüzgarı
Avropada Cənubi Amerika rüzgarı

İspaniyanın “Atletiko” klubunun futbolçusu Radamel Falkao Avropa Liqasının final oyununun ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, digər İspaniya təmsilçisi “Atletik”lə qarşılaşmada (3:0) dubla imza atan kolumbiyalı finalın ən qiymətli oyunçusu seçilməklə kifayətlənməyib. Falkao həm də vurduğu qolların sayını 12-yə çatdıraraq turnirin ən məhsuldar futbolçusu olub.

Qeyd edək ki, cənubi amerikalı hər 2 mükafatı ardıcıl 2-ci dəfədir qazanır. O, ötən mövsüm Portuqaliya təmsilçisi “Porto” ilə həm finalın ən yaxşısı seçilmişdi, həm də bombardir titulunu əldə etmişdi.