“Futbolçularımla fəxr edirəm”
10.05.2012 - 09:02
“Qalib gəlmək həmişə inanılmaz dərəcədə yaxşıdır. Futbolçu meydanda olmağından, orada qışqırıb, qaça bilməyindən zövq alır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone deyib.
Avropa Liqasının “Atletik”lə oyunundan (3:0) sonra qələbədən məmnun olan mütəxəssis matç haqda fikirlərini açıqlayıb: “Mən futbolçularımla fəxr edirəm, “Atletiko” pərəstişkarlarına görə kisə sevinirəm. Ötən ilin dekabrında bizə etimad göstərən insanlara təşəkkür edirəm. Oyuna gəlincə isə biz başa düşürdük ki, rəqibi onun üstünlüklərindən məhrum etməli, bizi çətin vəziyyətə salmamağa çalışmalıydıq. Arda Turan, Dieqo, Falkao kimi oyunçularla isə bizim şansımız çox idi. Bütün futbolçularımız taktiki cəhətdən savadlı oynayıb, texnikalı oyun nümayiş etdirdilər”.

0
0