297 günlük marafonun sonu, yaxud 2 vəsiqəyə 3 iddiaçı
10.05.2012 - 10:10
297 günlük marafonun sonu, yaxud 2 vəsiqəyə 3 iddiaçı
Sabah Premyer Liqada son turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ötən ilin avqustun 7-də startı verilən yubiley – XX milli çempionatımız yekunlaşır. 297 günlük marafonun sonu avrokuboklara son 2 vəsiqənin taleyinə aydınlıq gətirəcək. Çünki çempion “Neftçi”nin Çempionlar Liqasında, kubokun finalçısı “Bakı”nın Avroliqada ölkəmizi təmsilçisi artıq xeyli vaxtdır məlumdur.

Avroliqaya son 2 vəsiqə qalıb ki, buna 3 iddiaçı var. Deməli, turnirə çıxmağa şansı qalan “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”dən biri kənarda qalacaq. İlk 2 komanda bir-biri ilə oynayacaq ki, buna əsasən turun mərkəzi matçının Lənkəranda keçiriləcəyini deyə bilərik. Hər komandanın şansının öz əlində olmağı intriqanı daha da artırır.

Rəqibləri ilə müqayisədə “Xəzər Lənkəran”ın işinin asan olduğunu deyə bilərik. Hər halda, “Qarabağ”la “İnter”ə qalib gəlmək vacibdirsə, lənkəranlılara 1 xal da yetərlidir. Çünki 2-ci yerdə gedən cənub təmsilçisi rəqiblərini 3 xal qabaqlayır. “Xəzər Lənkəran” “Qarabağ”la heç-heçə edərsə, ardıcıl 2-ci mövsüm gümüş medalçı olmağını rəsmiləşdirəcək. Ancaq digər tərəfdən, Yunis Hüseynovun baş məşqçisi olduğu komanda meydana ona lazım olan 1 xal üçün çıxarsa, işini daha çətinləşdirə bilər. Çünki məğlubiyyət Lənkəran klubunu avrokuboklardan kənarda qoyacaq. Təbii ki, bunun üçün “İnter” də qalib gəlməlidir və “Xəzər Lənkəran”ın rəqibləri ilə şəxsi oyunlarda geri qalmağı problem yaradır. Üç iddiaçının xallarının bərabər olmaq variantı realdır ki, bu halda reqlamentə görə məhz komandaların öz aralarında oyunlara üstünlük verilir. “Qarabağ”la “İnter”in bu planda cənubluları qabaqlamağı xeyirlərinə olan amildir. Ağdamlılar “bankirlər”i də şəxsi oyunlarda üstələdiyini nəzərə alsaq, qalib gələrsə, avtomatik gümüş mükafatçı olacaq.

“İnter”in isə gümüş medala şansı qalmadığından, ən yaxşı halda bürünc mükafatçı ola biləcək. Ancaq həmin 3-cü yer Avroliqaya vəsiqə verdiyindən, yetərlidir. Özü də komandanın evdə “Bakı” ilə oynamağı şansını artırır. Yəni “bankirlər” qalib gəlsə, istənilən halda, Avroliqaya çıxacaq. “Qarabağ” isə “Xəzər Lənkəran”a az hallarda uduzduğu onun meydanında qalib gəlməli olduğundan, işi daha çətindir. Ağdamlılar ona ümid edə bilər ki, heç-heçə etsə, “İnter” də büdrəsin və xallar bərabər olsa, onu qabaqlayacaq.

Avroliqaya vəsiqələrlə yanaşı, Premyer Liqada son 2 pillənin sahibi də axırıncı turda bilinəcək. Ancaq ilk “altılıq” cümə keçiriləcəksə, 2-ci “altılığ”ın matçları şənbə günü olaraq, həmin vaxt çempionata yekun vurulacaq. Premyer Liqada qalmağa çalışan “Turan”la “Sumqayıt” səfərdə oynayacaq. Tovuzlular rəqibini 1 xal qabaqladığından, hər şey öz əlindədir.

11 may

17:30. “Xəzər Lənkəran” – “Qarabağ”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:0, 0:1

17:30. “İnter” – “Bakı”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 0:3 (texniki məğlubiyyət), 0:1, 1:0

17:30. “Neftçi” – “Qəbələ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 2:0, 1:4

12 may

17:30. AZAL – “Turan”
Bakı. “AZAL Arena” stadionu
Cari mövsümdəki oyunlar - 3:2, 0:0, 0:3

17:30. “Rəvan” – “Sumqayıt”
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdəki oyunlar - 0:0, 1:0, 1:0

17:30. “Kəpəz” – “Simurq”
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 2:4, 2:0, 1:1

komandalar o q h m tx
1
Neftçi31203855-2963
2
Xəzər L31168740-2756
3
Qarabağ31158836-2453
4
İnter31158828-2153
5
Bakı311551142-3550
6
Qəbələ311471042-3249
7
AZAL311181243-4444
8
Rəvan319111136-3738
9
Kəpəz31951735-5432
10
Simurq317101426-4131
11
Turan31671826-4125
12
Sumqayıt31661925-4924