Yunis Hüseynov: Hər cəhətdən çox ciddi olmalıyıq – MÜSAHİBƏ
10.05.2012 - 12:18
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Sabah çempionatımız yekunlaşır və gümüş medalçı kimi Avroliqaya vəsiqə qazanmağınız son turda “Qarabağ”la ev oyununda həll olunacaq. Matça hazırlıq necə gedir?
- Oyuna ciddi hazırlaşırıq. 4-5 gündür Lənkəranda məşq edirik. Avroliqaya çıxmağı belə ağır vəziyyətə gətirməyimiz özümüzdən oldu. Çünki ötən tur “Qəbələ” ilə ev oyununda qələbə qazansaydıq, gümüş medalçı olub, Avroliqaya vəsiqəni artıq təmin etmişdik. Ümid edirəm ki, komandamız son turda bu vəzifənin öhdəsindən gələr. Ağır oyun olacaqdı. İnşallah, istəyimizə çatacağıq. Mən buna inanıram.
- Şübhəsiz ki, sona 3 dəqiqə qalmış buraxılan qoldan sonra əldən verilən qələbə komandada ruh düşkünlüyü yaradıb. Futbolçularda vacib matç öncəsi psixoloji hazırlığın qaydasında olması vacibdir. Bu mənada baş məşqçi kimi üzərinizə böyük yük düşür...
- Ruh düşkünlüyü olacaq. Ancaq biz həmin oyunu təmiz yaddan çıxartmışıq. Futbolda belə şeylər olur. Belə deyim var ki, sən vurmayanda, sənə vururlar. Həmin oyunda bizim qol imkanlarımız çox oldu. Ancaq bundan istifadə edə bilmədik. Rəqib 10 nəfərlə qalanda, hesabda 1:0 irəlidə olduğumuz zamanı biz bir qədər rahatlaşdıq. Düşündük ki, demək olar oyunu həll eləmişik. Futbolçular belə fikirlə oynadılar və buna görə də rəqib sona 3 qalmış qapımıza qol vurdu. Deyərdim ki, futbolçularımız “Qarabağ”la vacib oyuna tam hazırdır. Komandaya qələbə lazımdır və buna nail olmaq üçün sona kimi çalışacağıq.
- Təbii ki, səhvlərin təkrarlanmamağı üçün nəticə çıxartmaq lazımdır...
- Bəli, biz bunun üzərində işləyirik. Oyunun videoyazısına baxdıq ki, harada səhvlərimiz olub. İnanıram ki, bu matçda həmin səhvləri buraxmayacağıq.
- Onu da nəzərə alaq ki, Avroliqaya vəsiqə uğrunda rəqibləriniz – “Qarabağ” və “İnter”lə müqayisədə işiniz rahatdır. O mənada ki, evdə oynayırsınız və sizə 1 xal da yetərlidir...
- Belə olsa da, biz meydana 1 xal üçün çıxmayacağıq. Meydana yalnız qələbə əzmi İlə çıxmalıyıq.
- Meydana 1 xalı qazanmaq fikri ilə çıxsan, bu da əldən gedə bilər...
- Əlbəttə. Elə ona görə də meydana 1 xal üçün çıxmayacağıq. Biz qalib gəlmək üçün çalışacağıq.
- Hesab etmirsiniz ki, rəqiblərinizlə müqayisədə sizin şansınız daha çoxdur? Demək olar Avroliqanın bir addımlığındasınız?
- Yox, futbolda qabaqcadan demək olmaz ki, artıq buna nail olmusan. Futbolda hər şey olur. Buna görə də hər bir cəhətdən ciddi olmaq lazımdır. Bütün oyunlarda həddindən artıq ciddi olmalıyıq.
- 3 komandanın sonda xallarının bərabər olmaq ehtimalı var ki, bu halda “Xəzər Lənkəran” “Qarabağ” və “İnter”dən şəxsi oyunlara görə geri qalacaq. Yəni məğlubiyyət komandanızı Avropadan kənarda qoyacaq ki, bu da uğursuzluq sayılacaq...
- Əlbəttə. Ona görə də çox ciddi olmalıyıq.
- “Qarabağ” bir ara uğursuzluq zolağında olsa da, son turda “İnter” üzərində vacib qələbə qazanmaqla, şansını saxladı. Rəqibinizin indiki durumunu necə qiymətləndirərdiniz?
- “Qarabağ”da futbolçular 4-5 il bir yerdə oynadıqlarından, bir-birini yaxşı başa düşürlər. Bunu deməyə ehtiyac yoxdur. “Qarabağ” yaxşı komandadır və buna görə bizə ağır olacaq.
- Rəqibin baş məşqçisi olan həmkarınız Qurban Qurbanovu yaxşı tanıyırsınız. Onunla uzun illər “Neftçi” və yığmada bir yerdə oynamısınız, yaxşı münasibətiniz var...
- İstəməzdik ki, son tura öncəsi Avroliqaya vəsiqə ilə bağlı vəziyyət belə olsun. Ancaq futbolda belə hallar olur.
- Yəni istəməzdiniz ki, ikinizdən biri kənarda qalsın?
- İstərdim ki, “Qarabağ” da Avroliqada oynasın. Həmkarım da bunu bizimlə bağlı arzulayardı. Mənə elə gəlir ki, bunu mən də istəyərdim, Qurban Qurbanov da. Ancaq futbolda elə gətirir ki, vuruşmaq lazımdır.
- Ancaq elə siz istəyən kimi də ola bilər. Yəni “İnter” “Bakı” ilə oyunda xal itirərsə və Lənkəranda heç-heçə qeydə alınarsa, “Xəzər Lənkəran” “Qarabağ” Avroliqaya çıxacaq. Çünki ağdamlılar eyni xala malik “İnter”i şəxsi oyunda qabaqlayır...
- Futbolda istənilən nəticə qeydə alına bilər. “Bakı” çıxıb öz oyununu oynayacaq. Hər şey ola bilər. Avroliqaya qalan 2 vəsiqənin sahibinə bütün oyunlardan sonra aydınlıq gələcək. Belə götürəndə, bu dəqiqə qabaqcadan heç nə demək mümkün deyil.
Mehman SÜLEYMANOV

0
0