Dik Advokat PSV ilə 1 illik müqaviləni razılaşdırdı
10.05.2012 - 12:46
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçisi Dik Advokatın yeni iş yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2012-ci il Avropa çempionatının final mərhələsindən sonra vətəninə qayıdacaq 65 yaşlı hollandiyalı mütəxəssisin PSV klubu ilə danışıqları müsbət yekunlaşıb. Advokat müqaviləni artıq razılaşdırıb ki, buna əsasən komandada yalnız 1 mövsüm keçirəcək. O, həmin 1 illik işdə köməkçiləri – Filipp Koku, yaxud Ernst Faberdən birini öz yerinə hazırlayacaq.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0