24-cü duel: “Xəzər Lənkəran” balans yaratmaq arzusunda
10.05.2012 - 15:41
24-cü duel: “Xəzər Lənkəran” balans yaratmaq arzusunda
Premyer Liqanın final mərhələsinin son turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” tarixində 24-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, indiyədək 21 dəfə Azərbaycan çempionatı, 2 dəfə ölkə kubokuna təsadüf edən qarşılaşmalarda ümumi balansı hələlik ağdamlıların xeyrinədir. Tarazlıq yaratmaq üçün ev matçına çıxacaq “Xəzər Lənkəran” top fərqində əldə etdiyi üstünlüyü qələbə sayında bərabərliklə mütənasib etməyə çalışacaq.

Komandaların çempionatdakı 21 oyununda Lənkəran klubu 8, “Qarabağ” 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında “ağ-yaşıllar” 23, Ağdam klubu isə 20 qol sevinci yaşayıb. Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də, səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran” olmuşdu. Bir sözlə, rəqibi 10, özü 9 dəfə qalib gələn “Xəzər Lənkəran” bərabərlik əldə etməyə çalışacaq.

“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları

2004/0513.12.2004çempionatsəfərdə1:3
2004/0515.05.2005çempionatevdə3:0
2005/0602.10.2005çempionatsəfərdə1:2
2005/0601.04.2006çempionatevdə2:0
2006/0709.11.2006çempionatevdə2:0
2006/0707.05.2007çempionatsəfərdə4:1
2007/0826.08.2007çempionatevdə2:0
2007/0802.03.2008çempionatsəfərdə0:2
2008/0922.11.2008çempionatevdə1:3
2008/0909.05.2009çempionatsəfərdə0:1
2009/1030.10.2009çempionatsəfərdə0:1
2009/1013.02.2010çempionatevdə0:0
2009/1006.03.2010kuboksəfərdə1:2
2009/1017.03.2010kubokevdə 1:0
2009/1003.04.2010çempionatevdə 2:1
2009/1009.05.2010çempionat səfərdə1:2
2010/1130.10.2010çempionatsəfərdə1:0
2010/1123.12.2010çempionatevdə1:2
2010/1110.04.2011çempionatsəfərdə0:0
2010/1107.05.2011çempionatevdə1:1
2011/1217.09.2011çempionatsəfərdə1:0
2011/1210.12.2011çempionatevdə0:0
2011/1211.03.2012çempionatsəfərdə0:1