Lənkərandakı oyunun vaxtı dəyişdirildi
10.05.2012 - 17:22
17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı dəyişib. Apasport.az saytının məlumatına görə, mayın 12-də Lənkəran şəhər Mərkəzi stadionunda baş tutacaq qarşılaşma əvvəldən planlaşdırıldığından 3 saat gec start götürəcək. Belə ki, görüş nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 14:00-da başlayacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0