3 ayda 6-cı darmadağın
10.05.2012 - 17:51
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu il ölkəmizdə keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Latviya ilə qüvvəsini sınadığı qarşılaşmada darmadağına sevinib. Apasport.az saytının məlumatına görə, Lənkəranda baş tutan oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən Sissi Raytın yetirmələri 2012-ci ildə 6-cı böyükhesablı qələbəsini qazanıb.
Özü də 6 darmadağın cəmi 3 ay müddətində gerçəkləşib. Belə ki, mart ayında Gürcüstan yığmasını 5:0 və 6:0 hesabı ilə məğlub edən yığmamız ardınca Bakıda daha bir möhtəşəm inamlı qələbə qazanmışdı. Bu dəfə Moldova millisi 4 cavabsız qol buraxmışdı.
Bundan sonra yığma Macarıstan toplanışında darmadağınlara sevinmişdi. Əvvəl “Viktoria SC Szombathely” klubunu 3:0, ardınca isə “MTK Budapeşt”i 5:0 hesabı ilə udan millimiz böyükhesablı qələbələrinin sayını 5-ə çatdırmışdı. Latviya ilə Lənkərandakı oyun isə belə qələbələr siyahısında 6-cı oldu.
Qeyd edək ki, yığmamız mayın 12-də yenə Latviya ilə görüşəcək.

0
0