“Şaxtyor” “Neftçi”yə çatdı
11.05.2012 - 08:19
“Şaxtyor” “Neftçi”yə çatdı
Ukrayna çempionatının son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın mükafatçıların tam siyahısı son oyun günündə müəyyənləşib. Öz meydanında “Aleksandriya”nı 3:0 hesabı ilə məğlub edən Donetskin “Şaxtyor” klubu çempionluğu bayram edib.

Bu, komandanın 7-ci ölkə çempionluğu olub. Mirça Luçeskunun yetirmələri ardıcıl 3-cü dəfə əzəli rəqibi “Dinamo”nu qabaqlayıb. Kiyevlilər yenə gümüşlə kifayətlənib. Hər 2 komanda Çempionlar Liqasına vəsiqə qazanıb. “Şaxtyor” qrup, “Dinamo” III təsnifat mərhələsində mübarizəyə başlayacaq. III yeri isə “Metallist” xeyli əvvəldən təmin etmişdi.

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” də “Şaxtyor” kimi 7 qat ölkə çempionudur.