Çingiz Mustafayev Dario Şimiçlə bir arada
11.05.2012 - 10:43
Populyar müğənni Çingiz Mustafayev bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatının (DÇ) dostu elan olunub. Apasport.az saytının məlumatına görə, “Yeni ulduz” müsabiqəsinin qalibi 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında Lənkəran şəhər Mərkəzi stadionunda keçirilmiş yoldaşlıq oyunundan əvvəl FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən DÇ-nin dostu elan edilib. Çingiz oyundan əvvəl və sonra bir neçə mahnı ifa edib.
Qeyd edək ki, bundan əvvəl dünya futbolunun tanınmış simaları Dario Şimiç və Steffi Cons da dünya FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmişdi.
Mənbə: affa.az
Qeyd edək ki, bundan əvvəl dünya futbolunun tanınmış simaları Dario Şimiç və Steffi Cons da dünya FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmişdi.
Mənbə: affa.az
0
0