ABŞ və Kanada futbolçuları Azərbaycana gələcək
11.05.2012 - 10:51
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunları çərçivəsində növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin 2 oyunu baş tutub.
Qvatemalada təşkil olunan yarışın finalının 1 addımlığında ABŞ Panama ilə, Meksika isə Kanada ilə qarşılaşıb. ABŞ yığması bu dəfə də darmadağınla qələbə qazanıb – 7:0. Kanada isə Meksikanı çətinliklə keçib – 1:0. Qalib gələn hər 2 komanda finala yüksəlməklə yanaşı mundiala da yüksəlib. Azərbaycandakı yarışın digər iştirakçısı isə III yer uğrunda oyunun qalibi olacaq.
Qeyd edək ki, ABŞ və Kanadayadək mundialın 11 iştirakçısı məlum idi. Bunlar 11-i artıq məlumdur. Meydan sahibi kimi Azərbaycan millisi, həmçinin Yaponiya, KXDR, Çin, Qambiya, Qana, Nigeriya, Braziliya, Kolumbiya, Uruqvay və Yeni Zelandiya yığmalarıdır. Çempionata son 3 vəsiqə qalıb ki, bunların biri KONKAKAF zonasının 3-cüsünə, digər 2-si Avropa çempionatının finalçılarına veriləcək.

0
0