Batıkan Karabağlı milli komandamıza kömək edəcək
11.05.2012 - 10:57
Batıkan Karabağlı milli komandamıza kömək edəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Moldovaya yollanacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənov mayın 15-dən 19-a qədər Kişinyov şəhərində təşkil olunacaq “FA of Moldova Cup” 20 futbolçu aparacaq. Bunlar Əli Həsənli (“Qəbələ”), Ağaseyid Qasımov (“İnter”), Qazıməhəmməd Qurbanov (“Anji”, Rusiya), Budaq Nəsirov (“Turan”), Mansur Nəhavəndi, Ülvi İbasazdə (hər ikisi “İnter”), Ravil Məhəmmədov, Fəhmin Muradbəyli, Pərviz Qaraxanov (hamısı “Neftçi”), Yusup Hakimov, Mahir Mədətov, Təyyar Məmmədov, Ülvi Süleymanov (hamısı “Bakı”), Batıkan Karabağlı (“Kartalspor”, Türkiyə), İlyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Nicat Abbasov, Elnur Mustafayev, Elvin Nəsibov (hamısı “Qarabağ”), Roman Əliyevdir (“Akademiya Futbola”, Rusiya).

Mənbə: affa.az