“Gənc azərbaycanlı futbolçular qeyri-mümkünü mümkün edə bilər”
11.05.2012 - 11:25
“Gənc azərbaycanlı futbolçular qeyri-mümkünü mümkün edə bilər”
“Azərbaycan millisi 4-5 il sonra Avropada ortabab səviyyəli yığmalar arasında öz yerini tuta bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandası Berti Foqts deyib. Almaniyalı mütəxəssis FİFA-nın rəsmi saytına açıqlamasında futbolumuz gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hər şeyin öz zamanı var: “Biz hadisələri tələsdirə bilmərik. Burada futbol bir nömrəli idman deyil. Azərbaycanda 1 nömrəli idman növü şahmat, sonra güləş və ağır atletikadır. Mən Azərbaycan milli komandasını 4 il əvvəl götürdüm. Burada əsas məqsəd AFFA-ya bacardığım qədər kömək etmək idi. Biz öz strukturumuzu qurduq və ölkənin gələcəklə bağlı böyük planları var. Bura 2016-cı il Avropa çempionatının final mərhələsinə düşmək daxildir”.

Foqstun fikrincə, milli komandamızda gənc futbolçular, “Qarabağ”ın hücumçuları Rauf Əliyev – Vüqar Nadirov dueti məqsədə çatmağa yardımçı ola bilər: “Mən Avropa çempionatına düşmək üçün gənc oyunçulara üstünlük verirəm. Belə futbolçular qeyri-mümkünü mümkün edə bilər”.