Rövnəq Abdullayev: Foqts millidə tam yeni atmosfer yarada bildi
11.05.2012 - 11:36
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun işinə qiymət verib. Apasport.az saytının məlumatına görə, assosiasiya başçısı 66 yaşlı almaniyalı mütəxəssisin yığmamıza gətirdiyi yaxşı xüsusiyyətlərdən danışıb. FİFA-nın rəsmi saytında Azərbaycan futbolçu ilə bağlı gedən yazıdan Abdullayevin ötən ilin sonunda müqaviləsi daha 2 illiyə uzadılan Foqtsla bağlı qısa fikirləri yer alıb: “Berti Foqts Azərbaycan yığmasına nizam-intizam gətirdi. Mən fikirləşirəm ki, o, milli komandamızda tamamilə yeni atmosfer yarada bildi”.
Qeyd edək ki, Abdullayev 2008-ci ilin martında AFFA prezidenti seçildikdən sonra 1 ay sonra Foqts millimizin “sükanı arxası”na gətirildi. Yığmamız dünya və Avropa çempionunun rəhbərliyi altında 2 seçmə mərhələdə rekord nəticə göstərdi. Birincidə 5 xalla rekorda şərik çıxan Foqts ardından 7 xalla yeni rekord müəyyənləşdirdi.

- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0