Aleksandr Səmədov üçün yaxşı dərs: Avro-2012 sənlik deyil!
11.05.2012 - 14:30
Aleksandr Səmədov üçün yaxşı dərs: Avro-2012 sənlik deyil!
Moskvanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov 2012-ci il Avropa çempionatının final mərhələsinə aparılmayacaq. Apasport.az saytının məlumatına görə, bu, Rusiya yığmasının baş məşqçisi Dik Advokatın bu gün turnir üçün ilkin heyəti açıqlamasından sonra müəyyənləşib. Hollandiyalı mütəxəssis 26 futbolçu arasında 28 yaşlı soydaşımıza yer verməyib. Aydın məsələdir ki, daha 3 futbolçunu kənarlaşdırıb, Avro-2012-yə 23 oyunçu ilə yollanacaq Advokat Səmədova sonradan dəvət göndərməyəcək.

Qeyd edək ki, Aleksandra milli komandamızla oynamaqla bağlı AFFA-dan rəsmi dəvət gəlsə də, bunu qəbul etmədi. Səmədov elə Advokatın dəvəti ilə ötən seçmə mərhələnin son oyunlarında axırıncı dəqiqələrdə meydana çıxmaqla, Rusiya yığmasında çıxışını rəsmiləşdirdi. Bununla da final mərhələsinə aparılacağına görə tarixi vətənindən üz çevirən sağ cinah yarımmüdafiəçisi yaxşı dərs aldı.