Həmyerlimizin Sloveniyada 3-cü heç-heçəsi
11.05.2012 - 14:39
Sloveniyada 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qitənin 8 ən güclüsünün yarışında Azərbaycanın yeganə təmsilçisi olan Mübariz Haşımov ilk 2 turda olduğu kimi, yenə iş başında olub.
Həmyerlimiz bu dəfə B qrupunda keçirilən Hollandiya – Polşa matçında yan xətt hakimi olub. 0:0 hesabı ilə başa çatan matçın baş hakimi isə Bosniya və herseqovinalı Emir Alekoviç olub. Bu nəticədən sonra hər 2 komanda yarımfinal yüksəlib. Hollandiyalılar orada yarışın sürpriz komandası Gürcüstanla, Polşa isə Almaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Haşımov ilk turun Fransa – İslandiya (2:2), II turun Sloveniya – Polşa (1:1) matçlarında da laysman kimi iştirak etmişdi. Həmyerlimiz 3-cü qarşılaşmada da heç-heçəyə şahid oldu.

- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0