“Yığmaya çağırılmayacağımla bağlı ürəyimə heç nə dammamışdı”
11.05.2012 - 15:20
“Dik Advokatın seçiminə sakit reaksiya verdim. Heç bir şey ürəyimə dammamışdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Aleksandr Səmədov deyib. Əslən Azərbaycandan olan yarımmüdafiəçini Rusiya yığmasının baş məşqçisi Dik Advokat Avro-2012-nin final mərhələsinə aparmağı lazım bilməyib. Buna münasibətini bildirən Moskva “Dinamo”sunun futbolçusu 26 nəfərlik geniş heyətə düşməməyini normal qarşılayıb: “Görünür, baş məşqçini Rusiya çempionatının son mərhələsində oyunumda hansıda şeylər qane etmədi və digər ifaçıları çağırdı. Mən milliyə dəvət alan komanda yoldaşlarını artıq təbrik etmişəm”.
Qeyd edək ki, Səmədov milli komandamızdan oynamaqdan imtina edərək, rusları seçdi.
Qeyd edək ki, Səmədov milli komandamızdan oynamaqdan imtina edərək, rusları seçdi.
0
0