Milli komandamıza dəvət göndərən qurumdan yeni təklif
11.05.2012 - 16:45
Milli komandamıza dəvət göndərən qurumdan yeni təklif
Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirməklə bağlı AFFA-ya dəvət göndərən Yaponiya Futbol Assosiasiyası (YFA) yeni təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, qurumun J-liqada təqvimin dəyişdirilərək, “yaz-payız” sisteminə keçmək təşəbbüsü ilə çıxış edib. Yaponlar hesab edir ki, bu, milli komandanın yüklənməyini azaldacaq və öz futbolçularının Avropaya yollanmaqla bağlı işini yüngülləşdirəcək.

YFA Rusiya olduğu kimi, 18 aylıq turnir keçirməyi təklif edir. Hələ ki bu ideya çox klublar tərəfindən müsbət qarşılanmayıb. İslahatları istəməyənlər hesab edir ki, o, klublara böyük narahatlıq yaradacaq. Bu, böyük qar yağan yerlərdə oynayan komandalara aiddir. Üstəlik, yeni sistemdə matçlara azarkeşlərin az gələcəyi deyilir.

Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu mayın 23-də keçiriləcək.