“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda
12.05.2012 - 18:21
“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda
Bu gün Premyer Liqada mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2-ci “altılığ”ın oyunları turnir cədvəlində son pillənin tutan komandaları müəyyənləşdirib. “Turan”la “Sumqayıt”ın hər ikisi səfər oyunlarında uduzduğundan, turnir cədvəlində yerlərində qalıb. Yəni bütün milli çempionatlarımızın iştirakçısı olan Tovuz klubu mövsümü 11-ci, ilk dəfə Premyer Liqada çıxış edən rəqibi 12-ci pillədə başa vurub.

Halbuki sumqayıtlılar “Rəvan”la səfər matçına yaxşı başlayaraq, ilk hissənin ortasında hesabda 2:0 irəlidə idi. Ancaq digər debütant əzmkarlıq göstərərək, hələ ilk hissədə yarımmüdafiəçisi Tagim Novruzovun 2 dəqiqə vurduğu 2 qolla tarazlığı bərpa etdi, fasilədən az sonra isə serbiyalı bombardiri Nemanya Vidakoviçin sayəsində qələbə topunu vurdu. Bununla da üstünlüyünü əldən verən “Sumqayıt” “Turan”dan 1 xal geri qaldığından, son pillədə qalıb və reqlamentimizə görə, I diviziona düşür. Tovuzlular isə Premyer Liqada yerini qorumaq üçün I dəstədə 2-ci yeri tutan komanda ilə 2 pley-off oyunu keçirməlidir.

Gəncədə keçirilən oyunda isə “Simurq” qazandığı qələbə ilə “Kəpəz”i keçərək, mövsümü 9-cu pillədə başa vurdu. İlk “altılıq”da olduğu kimi, 2-ci “altılıq”da da son matçlar qırmızı vərəqəsiz keçinməyib. Belə ki, “Xəzər Lənkəran”ın albaniyalı müdafiəçisi Elvin Beçiri kimi AZAL-ın polşalı hücumçusu Tales Şüts oyunun sonuna yaxın qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Növbəti mövsümdə “İnter”ə keçəcək bombardir bununla da “təyyarəçilər”in heyətində son oyununda antiqəhrəman olub. AZAL-ın baş məşqçisi Vaqif Sadıqov həmin epizodda hakimin qərarına etiraz etdiyindən, o da qırmızı vərəqə alaraq, “texniki zona”dan kənarlaşdırılıb.

11 may

“Xəzər Lənkəran” – “Qarabağ” - 4:1
QOLLAR: Sadio Tounkara, 7; Rendal Brenes, 22; Eder Bonfim ,32, 65 - Rauf Əliyev, 70-pen
Qırmızı vərəqə Elvin Beçiri, 68
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:0, 0:1
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 11. Andrei Mureşan, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov, 33. Stevan Bates
Baş məşqçi: Yunis Hüseynov
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 25. Ansi Aqolli, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 11. Rauf Əliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
Baş məşqçi: Qurban Qurbanov

“İnter” – “Bakı” - 1:0
QOL: Baçana Sxadadze, 65
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Rəhim Həsənov
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 0:3 (texniki məğlubiyyət), 0:1, 1:0
“İnter”: 90. Səlahət Ağayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Enyo Krastovçev, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlya Kandelaki, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze
Ehtiyat oyunçular: 99. Anar Məhərrəmov, 2. Xəyal Mustafayev, 6. Samir Zərgərov, 10. Asif Mirili, 20. Girts Karlsons, 22. Peter Çrappan, 29. Əziz Quliyev
Baş məşqçi: Kaxaber Sxadadze
“Bakı”: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Borets, 5. Vasif Rzayev, 8. Junior Xavier Vilson, 32. Aleksey Savinov, 85. Namiq Ələsgərov, 98. Koke
Məşqçi: Novruz Əzimov

“Neftçi” – “Qəbələ” - 0:1
Qol: Ürfan Abbasov, 88
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 2:0, 1:4
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 27. Rəşad Abdullayev
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elşən Abdullayev, 11. Cavid Hüseynov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Böyükağa Hacıyev
“Qəbələ”: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 15. Nodar Məmmədov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 10. Deon Burton, 25. Nuran Qurbanov, 26. Daniel Lopes Kruz, 29. Amil Yunanov, 38. Seymur Əsədov
Baş məşqçi: Fatih Kavlak

12 may

AZAL – “Turan” - 1:0
QOL: Orxan Səfiyaroğlu, 10
Qırmızı vərəqə: Tales Şütz, 75 (2-ci sarı)
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Teymur Fərhadov
Bakı. “AZAL Arena” stadionu
Cari mövsümdəki oyunlar - 3:2, 0:0, 0:3
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 9. Elşən Məmmədov, 14. Orxan Səfiyaroğlu, 15. Georgi Bogyu, 16. Branislav Arsenijeviç, 17. Viktor İqbekoi, 23. Tales Şütz , 25. Tural Nərimanov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 4. Elvin Cəbrayıllı, 6. Mindaugas Daunoraviçius, 18. Elmin Çobanov, 19. Hüseyn Axundov, 21. Rasif Səfiyarov, 22. Elgün Abbaslı
Baş məşqçi: Vaqif Sadıqov
“Turan”: 1. Anar Nəzirov (k), 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 24. Dan Pisla, 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev
Ehtiyyat oyunçular:12. Natiq Səhrətov, 4. Seymur Tağıyev, 8. Asəf Qədiri, 17. Rəşad Piriyev, 19. Ruslan Abbasov, 23. Qüvvət Əmrahov, 29. Aqşin Sadıqov
Baş məşqçi: Əsgər Abdullayev

“Rəvan” – “Sumqayıt” - 3:2
QOLLAR: Tagim Novruzov, 29, 31, Nemanya Vidakoviç, 52 - Uğur Pamuk, 6, Orxan Əliyev, 22
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdəki oyunlar - 0:0, 1:0, 1:0
“Rəvan”: 12. Davud Kərimi, 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 7. Elvin Musazadə, 8. Tural Axundov (k), 10. Nemanya Vidakoviç, 11. Şerif Suma, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 16. Fərrux Rəhimov, 21. Ceyhun Abdullayev, 22. Amid Hüseynov, 24. Hüseyn İsgəndərov, 25. Ramil Nuriyev, 90. Sergey Çernışev
Baş məşqçi: Bəhmən Həsənov
“Sumqayıt”: 23. Andrey Popoviç, 2. Slavik Alxasov, 4. Samir Abbasov (k), 16. Hacı Əhmədov, 52. Bədavi Hüseynov, 25. Murad Ağayev, 47. Abdulla Abatsiyev, 19. Orxan Əliyev, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 8. Emin Mustafayev, 9. Orxan Həsənov, 22. Ruslan Tağızadə, 50. Samir Abdulov, 70. Şamil Camaləddinov, 21. Murad Səttarlı
Baş məşqçi: Bernhard Raab

“Kəpəz” – “Simurq” - 0:1
QOL: İqor Tarasov, 63
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Nahid Əliyev, Anar Göyçayski
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 2:4, 2:0, 1:1
“Kəpəz”: 1. Xəyal Zeynalov, 17. Renat Sultanov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 12. Mesallah Eslam, 19. Zaur Əsədov, 8. Armand Feutchine, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə , 23. Junivan Suares, 7. Elvin Həsənquliyev, 20. Emin Əliyev, 33. Məhərrəm Hüseynov, 9. Ceyhun Əhmədov, 11. Sabir Allahquliyev
Baş məşqçi: Fuad İsmayılov
“Simurq”: 32. Dmitri Kramarenko (k), 13. Aleksandr Şemonayev, 79.Vidas Alunderis, 28. Rüstəm Abbasov, 7. Ruslan Poladov, 29. İqor Tarasov, 4. Vasili Yanatovski, 8. Qərib İbrahimov, 77. Daniel Genov, 15. Nicat Qurbanov, 19. Anatoli Doroş
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 5. Rəşad Eyubov, 21. Emin Cəfərquliyev, 9. Əli Bağırov, 23. Ruhid Usubov, 6. Mikayıl Rəhimov
Baş məşqçi: Georgi Çixradze

komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224


Bombardir: Bahodir Nasimov (Neftçi) - 16