Yunis Hüseynov “Xəzər”ın tarixinə düşdü
12.05.2012 - 10:57
“Xəzər Lənkəran” tarixində 3-cü dəfə gümüş medalçı oldu. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayında yaradılan Lənkəran klubu debüt mövsümündə (2004/05) də eyni uğura nail olmuşdu.
Cənub təmsilçisi ötən mövsüm də gümüş medal qazanaraq, ardıcıl 2-ci il eyni nailiyyəti təkrarladı. Özü də bunadək komandanın hesabında olan hər 2 gümüş medal əcnəbi məşqçilərlə qazanmışdı. Bunlar ilk dəfə türkiyəli Rasim Kara, ardından rumıniyalı Mirça Redniklə əldə edilmişdi.
Cari mövsümə də Redniklə başlayan “Xəzər Lənkəran” dekabrda onu türkiyəli Cüneyt Biçərlə əvəzlədi, bu ilin martında isə yerli mütəxəssis Yunis Hüseynovu baş məşqçi postuna gətirdi. Nəticədə gümüş medalda əsas payı olan 47 yaşlı çalışdırıcı klubun tarixində düşdü. Belə ki, lənkəranlılar ilk dəfə gümüş medalı azərbaycanlı məşqçi ilə qazandı.
Ümumiyyətlə, “Xəzər Lənkəran”ın tarixində əsas uğurlar yerli çalışdırıcılarla bağlıdır. Təsadüfi deyil ki, komandanın qazandığı titulların çoxu – 1 ölkə çempionluğu, 2 ölkə kuboku və “Birlik kuboku” Ağasəlim Mircavadovun vaxtında olub. Yalnız bir titul – ötən il ölkə kubokunu Rednik qazanıb. Cənub klubunun kolleksiyasında çatmayan yeganə medal bürüncdür ki, bu da hələ çempionatı 3-cü yerdə bitirməməyi ilə bağlıdır.
Maraqlıdır ki, “Xəzər Lənkəran” kimi Hüseynovun da məşqçilik karyerası 2004-cü ildən başlayıb. Onda debüt mövsümündə “Karvan”a rəhbərlik edən çalışdırıcı çempionatı indiki komandasından sonra bitirərək, bürünc medala yiyələnmişdi. Növbəti mövsümdə isə çempionluğun bir addımlığında olan Yevlax klubu sonda büdrəyərək, 2-ci oldu. Yəni Hüseynov məşqçi kimi 3-cü mükafatını 6 il gözləməli oldu və yenə gümüş medal qazandı. Maraqlıdır ki, 2005/06 mövsümündə də indiki kimi Böyükağa Hacıyev qızıl, Hüseynov gümüş mükafatçı olmuşdu. Fərq ondadır ki, bu dəfə “Neftçi” ilə çempion olan Hacıyev həmin vaxt digər paytaxt təmsilçisi – “Bakı” ilə 1-ci yeri qazanmışdı.
Mehman SÜLEYMANOV

0
0