Kolleksiyasını tamamlayan “İnter”, yaxud Sxadadze Xodukinə şərik oldu
12.05.2012 - 11:45
Bakının “İnter” klubu Azərbaycan milli çempionatlarında medal kolleksiyasını tamamladı. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayından bu adı daşıyan komanda tarixində ilk dəfə bürünc medalçı oldu. Bunadək qızıl və gümüş medalı qazanan “bankirlər”in yalnız bürüncü çatmırdı ki, ona yubiley – XX çempionatımızda nail olundu. “İnter” bunu ardıcıl 3-cü ildir baş məşqçisi olan Kaxaber Sxadadzenin rəhbərliyi altında qazandı. Son turda evdə “Bakı”ya 1:0 hesabı ilə qalib gələn komanda 3-cü yerdə olan “Qarabağ”ın səfərdə “Xəzər Lənkəran”a uduzmasından istifadə edərək, həmin pilləni rəqibinin əlindən aldı.
“İnter”in indiyə kimi baş məşqçilərinin hamısının əcnəbi olduğunu nəzərə alsaq, avtomatik bütün mükafatlar qeyri-azərbaycanlıların payına düşür. “Bankirlər”in 2-ci və hələ ki son çempionluğunu da 44 yaşlı gürcü çalışdırıcısının rəhbərliyi altında qazanıb. Onda “İnter”in “sükanı arxası”nda debüt mövsümündə buna nail olan Sxadadze ötən mövsüm 5-ci yeri tutaraq, nəinki mükafatsız, avrokuboklara vəsiqəsiz də qaldı. Yəni “İnter” yenidən mükafatçı olmaqla, 2 ildən sonra qitə miqyaslı turnirə də çıxdı.
Ümumiyyətlə, milli çempionatımızda əldə edən əcnəbi məşqçilərin sayı 8 olub. Yalnız “İnter”in məşqçiləri 2 ayrı medalçı olub ki, Sxadadzenin əvəzlədiyi ukraynalı Valentin Xodukin komandanın ilk çempionluğunu qazanmışdı. Ümumilikdə 10 mükafat qazanan gəlmələr ölkəmizdə 3 qızıl, 4 gümüş və 3 bürünc əldə ediblər. Son 2 ildə gümüş medal əcnəbi məşqçilərə qismət olurdusa, bu dəfə onu yerli mütəxəssis – “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov qazandı. Bununla da o, 4 illik sindromu qırdı. Belə ki, milli çempionatımızın son gümüş medalını qazanan yerli məşqçi Əsgər Abdullayev buna 2007/08 mövsümündə “Olimpik”lə nail olaraq, çempionluğu məhz “İnter”ə uduzdu. Bununla da Xodukin ölkəmizdə ilk titul qazanan əcnəbi mütəxəssis kimi adını futbol tariximizə qızıl hərflərlə yazdırdı.
Milli çempionatımızın medalçıları 5 ölkə - Türkiyə, Ukrayna, Makedoniya, Gürcüstan və Rumıniyanın təmsilçiləridir. Mükafat sayındakı rekordçu isə “İnter”in çalışdırıcılarıdır. Belə ki, Sxadadze də 73 yaşlı ukraynalı həmkarı kimi 2 medalçı olaraq, rekorduna şərik çıxdı. Fərq ondadır ki, Xodukin bunun birində qızıldan sonra gümüşü qazandığından, əyarına görə gürcü həmkarından üstündür. Əcnəbilərlə medal qazanan klublar arasında də “İnter” öndədir – 2 qızıl, 1 gümüş, 1 bürünc. Xodukinin təmsil etdiyi Ukrayna isə 1 qızıl, 1 gümüş və 2 bürünclə ölkələr arasında liderlik edir.
“Bilrlik kuboku”nu da qazanan “İnter”in kolleksiyasında yalnız Azərbaycan kuboku yoxdur ki, bu dəfə finala çıxa bilmədiyindən, kolleksiyasını birdəfəlik tamamlamaq üçün azı 1 il gözləməli olacaq. Maraqlıdır ki, “bankirlər” indiyə kimi 4 dəfə kubokun finalına çıxsa da, nə Sxadadze ilƏ Xodukin, nə də ilk baş məşqçisi olan ukraynalı Anatoli Konkovla sonda uğur qazanıb.
Azərbaycan milli çempionatının medalçıları olan əcnəbi məşqçilər
Qeyd edək ki, Sxadadze ölkəmizdə ilk olaraq “Standard”la çalışsa da, 2008-ci ilin yanvarından 2009-cu ilin yanvarına rəhbərlik etdiyi Bakı komandası ilə mükafatçı ola bilməyib.
Mehman SÜLEYMANOV

2004/05 | Rasim Kara | Xəzər Lənkəran | gümüş | Türkiyə |
2007/08 | Valentin Xodukin | İnter | qızıl | Ukrayna |
2007/08 | Anatoli Demyanenko | Neftçi | bürünc | Ukrayna |
2008/09 | Valentin Xodukin | İnter | gümüş | Ukrayna |
2008/09 | Qyoko Hacıyevski | Bakı | qızıl | Makedoniya |
2008/09 | Roman Pokora | Simurq | bürünc | Ukrayna |
2009/10 | Cüneyt Biçər | Bakı | gümüş | Türkiyə |
2009/10 | Kaxaber Sxadadze | İnter | qızıl | Gürcüstan |
2010/11 | Mirça Rednik | Xəzər Lənkəran | gümüş | Rumıniya |
2011/12 | Kaxaber Sxadadze | İnter | bürünc | Gürcüstan |

0
0