20-ci çempionatımızın 19-cu medalçıları: “Neftçi”nin və əyalət klublarının liderliyi
12.05.2012 - 12:54
Azərbaycanın yubiley çempionatının mükafatçıları müəyyənləşdi. Apasport.az saytının məlumatına görə, XX milli çempionatımızın qızıl, gümüş və bürünc medallarını müvafiq olaraq “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” qazandı. Bununla da ardıcıl 2-ci mövsüm ilk pillənin sahibləri dəyişməz qaldı. Yalnız 3-cü yer “Qarabağ”ı “İnter”i əvəzləyərək, tarixində ilk dəfə bürünc medalçı oldu. Bununla da son mövsümdə bürünc medalçı olan ağdamlılar həmişə iştirakçısı olduğu milli çempionatımızda 13-cü dəfə mükafatsız qaldı.
Çempionatımız 20-ci dəfə keçirilsə də, medalçılar 19 dəfə olub. Çünki 2001/02 mövsümü klublarla AFFA-nın həmin vaxt rəhbərliyi arasında münaqişə üzündən başa çatdırılmayıb. Medal sayına nəzər salsaq, ən köklü klubu olan “Neftçi” həm çempionluq, həm də ümumilikdə medal sayında hamını qabaqladığını görərik. Onun çempionluqdan biri mübahisəli olsa da, UEFA kimi Peşəkar Futbol Liqası da 1996/97 mövsümünün qalibi kimi “Neftçi”ni tanıdığından, qızılı onun hesabına yazırıq. Ancaq Bakı təmsilçisi nə qədər aşkar lider olsa da, paytaxt klubları medalların sayında əyalət təmsilçilərinə uduzur. Belə ki, Bakı komandalarının hesabında 26, paytaxtdan kənarı təmsil edənlərdən 32 medal var. Ümumiyyətlə, milli çempionatımızda 14 komanda medalçı olub. Bunlardan “Dinamo” sonradan “Bakı” adını daşıdığından, ikisi bir komanda sayılır. Bu sözləri 3 il “Qarabağ-Azərsun” adı ilə çıxış edən “Qarabağ”a da şamil etməliyik.
Azərbaycan milli çempionatının medalçıları
Milli çempionatımızın medalçıları olan komandalar
1. “Neftçi” (Bakı) – 14 medal: 7 qızıl, 2 gümüş, 5 bürünc
2. “Kəpəz” (Gəncə) – 6 medal: 3 qızıl, 1 gümüş, 2 bürünc
3. “Qarabağ” (Ağdam) – 6 medal: 1 qızıl, 2 gümüş, 3 bürünc
4. “Bakı” (əvvəl “Dinamo”) – 5 medal: 2 qızıl, 2 gümüş, 1 bürünc
5. “Şəmkir” – 5 medal: 2 qızıl, 2 gümüş, 1 bürünc
6. “Turan” (Tovuz) – 4 medal: 1 qızıl, 1 gümüş, 2 bürünc
7. “İnter” – 4 medal: 2 qızıl, 1 gümüş, 1 bürünc
8. “Xəzər Lənkəran” – 4 medal: 1 qızıl, 3 gümüş
9. “Xəzər” (Sumqayıt) – 2 medal: 2 gümüş
10. “Xəzri” (Bakı) – 2 medal: 1 gümüş, 1 bürünc
11. “Karvan” (Yevlax) – 2 medal: 1 gümüş, 1 bürünc
12. “Olimpik” (Bakı) – 1 medal: 1 gümüş
13. “Simurq” (Zaqatala) – 1 medal: 1 bürünc
14. “Viləş” (Masallı) – 1 medal: 1 bürünc
Mehman SÜLEYMANOV

mövsüm | Çempion | II yer | III yer |
1992 | Neftçi | Xəzər | Turan |
1993 | Qarabağ | Xəzər | Turan |
1993/94 | Turan | Qarabağ | Kəpəz |
1994/95 | Kəpəz | Turan | Neftçi |
1995/96 | Neftçi | Xəzri | Kəpəz |
1996/97 (AFFA versiyası) | Qarabağ | Neftçi | Xəzri |
(UEFA versiyası) | Neftçi | Qarabağ | Xəzri |
1997/98 | Kəpəz | Dinamo | Şəmkir |
1998/99 | Kəpəz | Şəmkir | Neftçi |
1999/2000 | Şəmkir | Kəpəz | Neftçi |
2000/01 | Şəmkir | Neftçi | Viləş |
2003/04 | Neftçi | Şəmkir | Qarabağ-Azərsun |
2004/05 | Neftçi | Xəzər-Lənkəran | Karvan |
2005/06 | Bakı | Karvan | Neftçi |
2006/07 | Xəzər Lənkəran | Neftçi | Bakı |
2007/08 | İnter | Olimpik | Neftçi |
2008/09 | Bakı | İnter | Simurq |
2009/10 | İnter | Bakı | Qarabağ |
2010/11 | Neftçi | Xəzər Lənkəran | Qarabağ |
2011/12 | Neftçi | Xəzər Lənkəran | İnter |

0
0