“Bavariya” Türkiyə yığmasının futbolçusunu 10 milyon avroya transfer edir
12.05.2012 - 15:04
Türkiyə yığmasının futbolçusu Nuri Şahin Almaniyaya qayıdır. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ın heyətində İspaniya çempionu olsa da, uğursuz mövsüm keçirən 32 yaşlı yarımmüdafiəçi yenidən Bundesliqada oynayacaq. Dortmund “Borussiyası”nın yetirməsini bu klubun əzəli rəqibi “Bavariya” transfer edir.
Nuri dizində zədə üzündən mövsümü boşa verərək, çox az oynayıb. Bu üzdən baş məşqçi Joze Mourinyo transfer etdiyi futbolçunun xidmətində daha maraqlı deyil. Bu arada Münhen klubunun Şahinə görə 10 minyon avro təklif etməyi madridlilərin diqqətini cəlb edib. “Bavariya” Almaniyada doğulub, boya başa çatan Nurini tez ayağa qaldırmağa ümid edir. Onun keçidi iyunun ilk yarısında rəsmiləşəcək.
Qeyd edək ki, ardıcıl 2-ci il çempion olan Şahin ilk belə uğurunu ötən “Borussiya”nın heyətində qazanmışdı.

0
0