Didzis Matiss: Son 2 ildə Azərbaycan yığması xeyli inkişaf edib
12.05.2012 - 17:00
Didzis Matiss: Son 2 ildə Azərbaycan yığması xeyli inkişaf edib
“Ötən oyundan sonra da bu barədə danışmışdım, indi də xüsusi vurğulamalıyam ki, belə azarkeş dəstəyinə heyran olmamaq mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Didzis Matiss deyib. Ölkəmizə səfər edən latviyalılar azərbaycanlı həmyaşıdları ilə hər 2 yoldaşlıq görüşündə uduzdu. İlk olaraq 0:4 hesabı ilə uduzan rəqib bu gün minimal fərqlə yenildi – 2:3.

Matiss məğlubiyyətlərində azarkeş amilini qeyd edib: “Hətta deyərdim ki, ilk oyunda böyük hesabla məğlub olmağımızda bu amil həlledici rol oynamışdı. Rəqibmizə gələcəkdə də uğurlar arzulayıram. Düşünürəm ki, son iki ildə Azərbaycan yığması xeyli inkişaf edib”.