Raul Qonsales Qətər klubunda 12 milyon avro qazanacaq
12.05.2012 - 17:22
Raul Qonsales Qətər klubunda 12 milyon avro qazanacaq
Məşhur ispan futbolçu Raul Qonsales də pul dalınca Asiyaya yollanır. Apasport.az saytının məlumatına görə, son 2 ili “Şake”də keçirən 35 yaşlı hücumçu qətərlilərin cəlbedici təklifinə razılığını verib. O, karyerasını bu ölkənin klublarının birində davam etdirərək, 2 illik müqaviləyə imza atacaq.

Madrid “Real”ının əfsanəvi kapitanı Avropa karyerasını başa vurmağa qərar verəndən sonra agenti Xines Karvahal Dohaya yollanaraq, transferin son detallarını razılaşdırır. Qonsalesin yeni klubunda illik məvacibi 6 milyon aavro təşkil edəcək. Həmin komandanın adı hələ açıqlanmasa da, hücumçuya “ƏL-Əhli” klubu tərəfindən maraq olduğunu deyilirdi. Onun karyerasını Okeanın o tayında ABŞ-ın MLS liqasında davam etdirəcəyi deyilsə də, Qətər variantı üstün tutulub.