“Bakı”nın futbolçusu “Baltic Cup”da iştirak edəcək
12.05.2012 - 17:30
"Bakı”nın futbolçusu Deyvidas Çesnauskis Litva milli komandasına çağırılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Litva Futbol Federasiyasından “zolaqlılar”ın ünvanına daxil olan sənəddə yarımmüdafiəçinin 29 may - 8 iyun tarixləri arasında yığmaya dəvət olunduğu bildirilir.
Deyvidas mayın 29-da Rusiya milli komandasına qarşı oyununda meydana çıxa bilər. Litvalıların yığmamızın növbəti seçmə mərhələdə rəqibi ilə yoxlama matçı İsveçrənin Nyon şəhərində baş tutacaq.
Ardından Litva yığması 1-3 iyun tarixlərində Estoniyada təşkil olunacaq "Baltic Cup" turnirində iştirak edəcək. Təlim-məşq toplanışı iyunun 8-də Belarus millisi ilə Minskdəki oyunla yekunlaşacaq.
Qeyd edə ki, Çesnauskis 2001-ci ildən millisinin şərəfini qoruyur. O, yığmada keçirdiyi 47 oyunda 4 qol vurub.

- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0