“Qalatasaray”dan 18-ci çempionluq
13.05.2012 - 08:21
Türkiyə çempionatına yekun vurulub. Aasport.az saytının məlumatına görə, yarışın qalibi pley-off mərhələsinin son turunda müəyyənləşib. Prinsipial rəqibi “Fənərbaxça” ilə səfərdə qolsuz heç-heçə edən “Qalatasaray” 2 xal üstünlüyünü qoruyub saxlamaqla çempion titulunu qazanıb. Bununla da Fatih Terimin yetirmələri 18-ci dəfə Türkiyənin ən yaxşısı olaraq “Fənərbaxça”nın rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının qrup, “Fənərbaxça” isə III təsnifat mərhələsinə vəsiqə qazanıb. “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor” isə Avropa Liqasında oynayacaq.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının qrup, “Fənərbaxça” isə III təsnifat mərhələsinə vəsiqə qazanıb. “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor” isə Avropa Liqasında oynayacaq.
0
0