Ölkə çempionu Premyer Liqaya qayıdır
13.05.2012 - 06:16
Ölkə çempionu Premyer Liqaya qayıdır
Rusiya çempionatının I divizionunda oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq kapitanı və sabiq baş məşqçisi Nazim Süleymanovun uzun illər şərəfini qoruduğu “Alaniya” Premyer Liqaya qayıdıb.
Həmyerlimizin köməyi ilə Rusiya çempionu adını qazanan, Süleymanovun çıxışı sayəsində ölkəmizdə də sevilən klub son turda “Ural”la heç-heçə (2:2) edərək Premyer Liqaya qayıdıb.
Qeyd edək ki, ilk 2 yerin sahibi “Mordoviya” və “Alaniya” birbaşa Premyer Liqaya yüksəlibsə, daha 2 komanda pley-offda oynayacaq.