Bu da səviyyə fərqi
13.05.2012 - 10:29
Almaniya kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Dortmundun “Borusiya” klubu Bundesliqanın çempionu adına kubokun sahibi ünvanını da əlavə edib. Yurgen Kloppun yetirmələri çempionatda olduğu kimi final matçında da “Bavariya” ilə mübarizə aparıblar. Lakin məhsuldar keçən oyunda səviyyə fərqi özünü göstərib. “Borussiya” 5:2 hesablı darmadağına nail olaraq “Qızıl dubl”u rəsmiləşdirib.
0
0