Meksika yığması da Azərbaycana gələcək
13.05.2012 - 06:50
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, zona üzrə final və III yer uğrunda qarşılaşma baş tutub.
Qvatemalada təşkil olunan yarışın finalında artıq mundiala vəsiqəni təmin edən ABŞ və Kanada üz-üzə gəlib. Birincilər 1:0 hesabı ilə qalib gəliblər. III yerin və Azərbaycana 3-cü vəsiqənin sahibi Meksika – Panam matçında müəyyənləşib. Meksikalılar 6 cavabsız qolla istəyinə çatıb.
Qeyd edək ki, Meksikayadək mundialın 13 iştirakçısı məlum idi. Meydan sahibi kimi Azərbaycan millisi, həmçinin Yaponiya, KXDR, Çin, Qambiya, Qana, Nigeriya, Braziliya, Kolumbiya, Uruqvay, ABŞ, Kanada və Yeni Zelandiya yığmalarıdır. Çempionata son 2 vəsiqə qalıb ki, bunlar Avropa çempionatının finalçılarına veriləcək.

- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0