“Neftçi”dən 15 illik həsrətə son
13.05.2012 - 11:05
Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov Premyer Liqanın ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, özbəkistanlı legionerə bunun üçün 16 qol kifayət edib.
Nasimov Badri Kvaratsxeliya, Yakuba Bamba, Valter Quqlemon və Georgi Adamiyadan sonra Azərbaycanda bombardir olan 5-ci əcnəbi futbolçudur. Lakin o, ilk Asiya təmsilçisi kimi buna nail olmaqla tarixə düşüb.
Hücumçu çempionatlarımız tarixində “Neftçi”nin 4-cü futbolçusudur ki, ən yaxşı bombardir olur. Bunadək Samir Ələkbərov. Nazim Əliyev və Qurban Qurbanov da eyni uğura “Neftçi” formasında imza atmışdı. Lakin Qurbanovun 15 il əvvəlki uğuru “ağ-qaralar”ın son nailiyyəti idi. Onun 1996/97 mövsümündəki bombardirliyindən sonra “Neftçi” belə uğura imza atacaq hücumçu tapmırdı.
AZƏRBAYCAN ÇEMPİONATININ BOMBARDİRLƏRİ
mövsüm futbolçu klubu qol
1992 Nazim Əliyev “Xəzər” 39
1993 Samir Ələkbərov “Neftçi” 16
1993/94 Musa Qurbanov “Turan” 35
1994/95 Nazim Əliyev “Neftçi” 26
1995/96 Rövşən Əhmədov “Kəpəz” 23
Fazil Pərvərov “Kəpəz” 23
1996/97 Qurban Qurbanov “Neftçi” 34
1997/98 Nazim Əliyev “Dinamo” 23
1998/99 Alay Bəhramov “Viləş” 24
1999/00 Badri Kvaratsxeliya “Şəmkir” 16
2000/01 Paşa Əliyev “Dinamo-Bakılı” 13
2003/04 Samir Musayev “Qarabağ” 20
2004/05 Zaur Ramazanov “Karvan” 21
2005/06 Yakuba Bamba “Karvan” 16
2006/07 Zaur Ramazanov “Xəzər-Lənkəran” 20
2007/08 Xaqani Məmmədov ”İnter” 19
2008/09 Valter Quqlemon “İnter” 17
2009/10 Fərid Quliyev “Standard” 16
2010/11 Georgi Adamiya “Qarabağ” 18
2011/12 Bahodir Nasimov “Neftçi” 16

0
0