Gəncədən Gəncəyədək 445 qol
13.05.2012 - 11:51
Gəncədən Gəncəyədək 445 qol
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümündə qapılara 445 qol vurulub. Apasport.az saytının məlumatına görə, bu qollar texniki nəticə nəzərə alınmamaqla baş tutan 191 qarşılaşmada vurulub. Çempionatın orta məhsuldarlığı 2,33 qola bərabər olub.

Mövsümün ilk qolu ötən il avqustun 6-da Gəncədə vurulub. “Kəpəz” – “Rəvan” matçında hesabı açan Con Pelu ilk qolun müəllifi kimi tarixə düşüb. Maraqlıdır ki, son qol da Gəncədə vurulub. “Kəpəx”lə oyundakı yeganə qolu vuran “Simurq”un latviyalı legioneri İqor Tarasov son qolun müəllifi olub.

Qollardan 262-nə meydan sahibləri, 183-nə isə qonaqlar imza atıb. Birinci hissədə nisbətən az – 203 qol vurulubsa fasilədən sonra 242 dəfə top qapıdan keçib. Meydan sahibləri hər 2 hissədə üstün olublar – müvafiq olaraq 116:87 və 146:96.