Georgi Adamiya: Yeddi ildən sonra ilk dəfə əliboş
13.05.2012 - 12:38
Georgi Adamiya: Yeddi ildən sonra ilk dəfə əliboş
“Qarabağ” klubunun futbolçusu Georgi Adamiyanın seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunda görünməmiş nailiyyətə imza atıb ölkəmizdə oynadığı hər mövsümdə mükafat qazanan 31 yaşlı hücumçu bu dəfə Premyer Liqanı əliboş bitirib.

Əvvəlki 7 mövsümdə 7 medal qazanan Adamiya 2 qızıl, 1 gümüş və 4 bürüncdən ibarət kolleksiyasına bu dəfə heç nə əlavə etmədi. 2004/05 mövsümünün dövrələrarası fasiləsində ölkəmizə gələn gürcü “Neftçi”, “Bakı” və “Qarabağ”da oynadığı əvvəlki çempionatların hamısında ən azı bürünc qazanırdı.

mövsüm

klub

medal

2004/05

Neftçi

Qızıl

2005/06

Neftçi

Bürünc

2006/07

Neftçi

Gümüş

2007/08

Neftçi

Bürünc

2008/09

Bakı

Qızıl

2009/10

Qarabağ

Bürünc

2010/11

Qarabağ

Bürünc