150 milyon avroluq hücumçu
13.05.2012 - 13:17
150 milyon avroluq hücumçu
İspaniyanın “Real” klubunun hücumçusu Qonzalo İquaynın transfer qiyməti açıqlanıb. Aapsport.az saytının məlumatına görə, “Kral klubu”nun portuqaliyalı baş məşqçisi Joze Mourinyo argentinalı forvardın komandanı tərk edəcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Mourinyo bildirib ki, futbolçunun komandada qalmasını istəyir, lakin ona əsas heyətdə yer təminatı vermir. Mourinyonun sözlərinə görə bununla barışmayan hücumçu yeni klubda oynamaq istəyinə düşə bilər. Lakin bunun üçün həmin klub xərcə düşməli olacaq: “İquayn üçün 150 milyon avro verən olmasa, o, heç hara getməyəcək”.