Azərbaycanda hücumçu yoxdur
13.05.2012 - 15:40
Azərbaycan PPremyer Liqasının başa çatan 2011/12 mövsümü ölkəmizdə hücumçunun olmadığını göstərdi. Apasport.az saytının məlumatına görə, bombardirlər yarışının ilk “10-luğ”unda yerli futbolçunun olmamağı bir yana ən yaxşılarımızın da arasında tək-tük hücumçu var.
Ən məhsuldar yerli futbolçuların ilk “10-luğ”uan baxsaq görərik ki, onlardan ikisi şərti olaraq yerlidir. Milliləşən legionerlər Branimir Subaşiç və Taqim Novruzov heç də öz futbolumuzun yetirməsi deyil.
Serbiyalı Subaşiçi nəzərə almasaq heç bir azərbaycanlı hücumçu 5-dən artıq qol vurmayıb. Bu da 32 turluq çempionat zamanı mümkün olmayıb. Bu qədər oyuna 5-dən artıq qol vuran hücumçu yoxdursa, deməli hücumçumuz yoxdur. Axı müdafiəçi Ruslan Abışov da 5 qol vurursa, ən yaxşı hücumçularımız da 5 qol vurursa, onda hücumçuların formal olaraq bu ampluanı daşıması nəyə lazımdır.
Əslində 5 qol həddini arxada qoyan 2 yerli futbol məktəbinin yetirməsi olsa da hər ikisi yarımmüdafiəçidir. “Neftçi”nin üzvü Rəşad Abdullayev isə ümumiyyətlə yerlilər arasında ən yaxşı bombardirdir. Amma cəmi 7 qolla.

| futbolçu | Qol (penalti) | oyun | |
|---|---|---|---|
| 1. | Rəşad Abdullayev (Neftçi) | 7 | 27 |
| 2. | Əfran İsmayılov (Qarabağ) | 6(2) | 25 |
| 3. | Branimir Subaşiç (Xəzər Lənkəran) | 6 (2) | 27 |
| 4. | Orxan Əliyev (Sumqayıt) | 5 | 20 |
| 5-6. | Nizami Hacıyev (İnter) | 5 | 31 |
| 5-6. | Rahid Əmirquliyev (Xəzər Lənkəran) | 5 | 31 |
| 6. | Ceyhun Sultanov (Kəpəz) | 5(1) | 23 |
| 7. | Rauf Əliyev (Qarabağ) | 5(1) | 29 |
| 8. | Ruslan Abışov (Neftçi) | 5(1) | 30 |
| 10. | Tagim Novruzov (Rəvan) | 5(3) | 22 |
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0