Buxarestlə Budapeştin nə fərqi var?
13.05.2012 - 16:41
Buxarestlə Budapeştin nə fərqi var?
Avropa Liqasının final oyunu arxada qalsa da matçla bağlı maraqlı xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçiləri “Atletiko” ilə “Atletik”in oyununda sonuncular azarkeş dəstəyi sarıdan korluq çəkib. Buna 400-ə yaxın fanatın məsuliyyətsizliyi səbəb olub. Belə ki, bilbaolu azarkeşlər Rumıniya paytaxtı Buxarestdə keçirilən oyuna getmək üçün Budapeştə uçan təyyarəyə miniblər. Özlərini Macarıstan paytaxtına çatdıran azarkeşlər yalnız iş işdən keçəndən sonra məsələdən xəbər tutublar ki, Buxarest ayrıdır, Budapeşt ayrı.

Qeyd edək ki, bilbaolu azarkeşlərin yoxluğunda komandaları 0:3 hesabı ilə darmadağın olub.