20 xallıq fərq
13.05.2012 - 17:31
Futzal üzrə Ukrayna çempionatında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Serjao və Biro Jadenin şərəfini qoruduğu “Uraqan” “Energiya”nın qonağı olub. Son çempion liderlə səfər oyununda 1 xal qazanıb – 1:1. Bu xal itkisindən sonra liderdən 20 xal geridə olan “Uraqan” 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, zədə üzündən mövsümü boşa verən Biro Jadedən fərqli Serjao bu qarşılaşmanın iştirakçısı olub.
Qeyd edək ki, zədə üzündən mövsümü boşa verən Biro Jadedən fərqli Serjao bu qarşılaşmanın iştirakçısı olub.
0
0