Ölkə çempionundan 3 rekord
14.05.2012 - 08:47
İspaniya çempionatının sonuncu turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkə çempionluğunu xeyli əvvəl təmin edən Madridin “Real” klubu mövsümü 3 rekordla başa vurub.
Son turda “Malyorka” üzərində 4:1 hesablı qələbə qazanan Joze Mourinyonun yetirmələri topladığı xalların sayını 100-ə çatdırıb. Bu isə Primeranın 20 komanda ilə keçirildiyi dövrlər üçün mütləq rekorddur. İndiyədək bu rekord “Barselona”ya məxsus idi ki, kataloniyalılar da 99 xal toplamışdı.
“Real” 100 xalı 32 qələbə sayəsində toplayıb. İspaniya çempionatlarında bu qədər qələbə qazanan olmamışdı. Madridlilərin 121 qol vurması da ölkə çempionatları üçün rekord göstəricidir.

0
0