Yığmamızın futbolçusunun komandası 8-ci oldu
14.05.2012 - 08:58
Yığmamızın futbolçusunun komandası 8-ci oldu
Türkiyə çempionatının Bank Asiya ı Liqasında sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyəsspor” səfərdə “Tavşanlı Linyitspor”la qarşılaşıb. Həmyerlimizin meydana çıxmadığı matçda qonaqlar 3:0 hesabı ilə darmadağın olublar.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 46 xal qalan Kayseri təmsilçisi mövsümü 8-ci pillədə bitirib.