Məğlubiyyətsiz 3-cü çempion
14.05.2012 - 09:27
Məğlubiyyətsiz 3-cü çempion
“Yuventus” İtaliya çempionatında rekord vurub. Apasport.az saytının məlumatına görə, Turin klubu A seriyasını çempion olduğu mövsümü məğlubiyyətsiz başa vurub. Komanda keçirdiyi 38 oyunda 23 dəfə qalib gəlib, 15 heç-heçə edib.

Turinlilər ölkə çempionatları tarixində mövsümü məğlubiyyətsiz başa vuran 3-cü komanda olub. Bunadək “Peruca” (1978/99 mövsümü, 30 oyun) və “Milan” (1991/92 mövsümü, 34 oyun) analoji uğura imza atıb.