Milli komandanın üzvündən görünməmiş rekord
14.05.2012 - 09:38
Milli komandanın üzvündən görünməmiş rekord
İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo fantastik nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Primera tarixində görünməmiş rekordun müəllifi olub.

Ronaldo çempionatda çıxış edən 19 rəqibinin hamısına qol vurmağı bacarıb. Portuqaliya milli komandasının üzvü sonuncu turun “Malyorka” ilə görüşündə fərqlənməklə bu komandanı da digər 18 “qurbanının” sırasına əlavə edib.

Qeyd edək ki, 19 rəqibin qapısına yol tapan Kriştianodan fərqli Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimov cəmi 16 qol vurub.