“Neftçi” çempion olmaq üçün “Qızıl oyun”a çıxacaq
14.05.2012 - 10:39
“Neftçi” çempion olmaq üçün “Qızıl oyun”a çıxacaq
Futzal üzrə Azərbaycan çempionatının Yüksək liqasında sonuncu – 21-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, liderlər “Neftçi” İSM və “Araz” növbəti qələbələrini qazanıblar.

Bununla, eyni miqdarda xal toplayan iddialılar çempionu müəyyənləşdirə bilməyiblər. Elə bu səbəbdən 58 xal toplayan komandalar mayın 16-da “Qızıl oyun”da qızıl medalların sahibini müəyyənləşdirəcək.

XXI tur: “Araz” – “Qarabağ” 8:3, PSL – “Qala” 8:11, “Neftçi” İSM – “Azecolab” 15:5.

Qeyd edək ki, “Qızıl oyun” “ABU Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq.