Elvin Beçiri: Avroliqada çox irəliləyəcəyik
14.05.2012 - 13:00
“Xəzər Lənkəran” klubunun albaniyalı futbolçusu Elvin Beçirinin apasport.az saytına müsahibəsi
- Ardıcıl ikinci gümüş medalçı olduğunuz budəfəki mövsümü necə dəyərləndirərdiniz?
- Yaxşı ki, mövsümü mükafatçı kimi başa vurduq. Bundan yüksək nəticə də qazana bilərdik. Ancaq çempion ola bilməməyimizə məşqçi dəyişikləri təsir göstərdi. Mövsüm ərzində 3 baş məşqçi dəyişdik. Bu səbəbdən Premyer Liqanın qalibi olmaq bizim üçün çətin idi. Futbolçulara tez-tez yeni çalışdırıcıya uyğunlaşmaq asan deyil.
- Bu amil nəticənizə birbaşa təsir göstərdi?
- Bəli. Elə fikirləşirəm ki, bu səbəbdən kubokda da irəliləyə bilmədik. Ancaq çempionatda 2-ci yer də pis nəticə deyil.
- “Xəzər Lənkəran”a hələ Ağasəlim Mircavadovun vaxtında transfer olunmuşdunuz. Ondan sonra ötən mövsüm 3 məşqçi ilə çalışdınız. Bunlar rumıniyalı Mirça Rednik, türkiyəli Cüneyt Biçər və Yunis Hüseynovdur. Onları bir-birindən necə fərqləndirərdiniz?
- Hər məşqçinin öz fikri, taktikası var. Hər birinə hörmətlə yanaşıram. Baş məşqçilərimlə heç bir problemim olmayıb. Mənim üçün hamısı yaxşıdır. Demək olar hər çalışdırıcının dövründə oynamışam. Yunis müəllim də yaxşı məşqçidir, komandanı yaxşı dəstəkləyir. Ümid edirəm ki, onunla Avroliqada çox irəliləyəcəyik.
- Avropa Liqasında neçə mərhələ keçəcəyinizə ümid edirsiniz?
- Bunu indidən demək çətindir. Gərək yaxşı hazırlıq keçəsən, sonra heç olmasa, 1 mərhələ keçməyə çalışmalısan. Çünki “Xəzər Lənkəran” hələlik heç vaxt avrokuboklarda mərhələ adlamayıb. Biz əvvəl buna nail olmalıyıq.
- Ümumiyyətlə, “Xəzər Lənkəran” indiyədək avrokuboklarda qələbə qazanmayıb ki, bu sindromu qırmalısınız...
- Düzdür. Lənkəranlı azarkeşlər bizdən qələbə gözləyir. Onlar da istəyirlər ki, avrokuboklarda mərhələ keçək. Biz bütün bunlara nail olmağa çalışacağıq.
- Mövsümün son turu sizin üçün uğurlu olmadı. “Qarabağ”a evdə 4:1 hesabı ilə qalib gəldiyiniz matçda qırmızı vərəqə alaraq, meydandan çıxarıldınız...
- Fikrimcə, həmin epizodda 2-ci sarı vərəqəni verməmək də olardı. Sadəcə, həmin vaxt hesab 4:0 idi və baş hakim həmin epizodu belə dəyərləndirdi. Əgər hesab 0:0 olsaydı, o, bu qırmızı vərəqəni verməzdi.
- “Qarabağ”da həmyerliləriniz olan Admir Teli və Ansi Aqolli çıxış edirlər. Onlarla oyundan sonra nəticə ilə bağlı söhbətləşdinmi?
- Yox, onlarla sadəcə, salamlaşdım, vəssalam. Oyunla bağlı daha sonra danışacağıq.
- “Qarabağ”ın avroliqadan kənarda qalmağı sizin üçün gözlənilməz olmadı?
- Çox təəssüf ki, “Qarabağ” avrokuboklardan kənarda qaldı. Çünki yaxşı komandadır və heyətində yaxşı futbolçular cəmləşib. Baş məşqçiləri də bacarıqlıdır. Buna görə “Qarabağ”ın Avropa miqyaslı turnirdə çıxış etməyəcəyinə üzülürəm. Ancaq futbolda hər şey olur. Nə etmək olar? Bizim də Avropadan kənarda qalmaq riskimiz vardı. Ancaq Allaha şükür ki, qalib gələrək, vəsiqəni qazandıq. Ümid edirik ki, növbəti il “Qarabağ” yenidən avrokuboklarda oynayacaq.
- Ölkəmizdə çıxış etdiyiniz 2,5 ildə ardıcıl 2-ci ildir çempionatda gümüş medalçı olursunuz. Bu 2 mükafat arasında hansı fərqləri görürsünüz?
- Mənim üçün hər mükafat dəyərlidir. Əvvəl dediyim kimi, 1-ci yerə də şansımız vardı. Ancaq üzləşdiyimiz problemlər buna imkan vermədi. Ancaq fikrimcə, ardıcıl 2 il gümüş medalçı olmaq da pis nəticə deyil. Bunu yaxşı nəticə sayıram. Ötən il Azərbaycan kubokunu da qazanmışdıq. “Xəzər Lənkəran” yaxşı mövqedə qərarlaşıb. Allah eləsin ki, növbəti ildə titullardan - ya çempionluq, ya da kubokdan biri qazanaq.
- Sizə Azərbaycan çempionluğu çatmır...
- (gülür) Mən burda oynadığım müddətdə hələ çempionluğu qazanmamışam. Ümid edirəm ki, buna növbəti ildə nail olacağam. Bəxtin gətirməsi də vacibdir.
- Ancaq nəzərə alaq ki, gələn mövsümün ilk turunu buraxmalı olacaqsınız. Çünki aldığınız qırmızı vərəqə üzündən cəzalı olacaqsınız...
- Mən burda qaydaların necə olduğunu bilmirəm. Məncə, digər çempionatlarda mövsümün sonunda alınan qırmızı vərəqələr növbəti çempionatda sayılmır.
c- Ancaq bizdə fərqlidir...
- Belədir? Problem görmürəm. Cəzamı tezliklə bitirib, komandama kömək edə biləcəyəm.
- Siz xaricdə oynadığınız müddətdə də çempion ola bilməmisiniz...
- Bəli. Vətənimdə “Vlajniya”da oynadığım müddətdə 2 dəfə Albaniya çempion olmuşam. Ancaq Azərbaycana gələnə qədər çıxış etdiyim Ukraynada da buna nail ola bilməmişəm. Yəni xaricdə hələlik bir dəfə də çempion olmamışam. Buna Azərbaycanda nail olmağı çox istəyirəm.
- Komandada gələcək perspektivini necə görürsünüz?
- Mənim “Xəzər Lənkəran”la hələ 6 aylıq müqaviləm var. Buna əsasən gələn qışa kimi komandaya bağlıyam. Müqavilə məsələləri haqda sonra danışacağıq. Hələ bu haqda heç kim heç nə deməyib.
- Hazırda istirahətə yollanırsınız. Bununla bağlı planlarınız necədir?
- Hansısa isti bir yerə, çimərliyi olan ölkəyə gedəcəyəm. Qoy günəş məni görsün (gülür). Mövsümün yorğunluğu çıxarmaq üçün yaxşı dincəlmək istəyirəm. Bundan sonra növbəti mövsümə hazırlıq başlayacaq. Bu məqsədlə iyunun 7-də bir araya gələcəyik. Həmin vaxt birbaşa Avstriyaya yollanacağam.
Mehman SÜLEYMANOV

0
0