“İnter” - əvvəl Türkiyəyə, sonra Avropaya
14.05.2012 - 12:59
“İnter”  - əvvəl Türkiyəyə, sonra Avropaya
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ilk təlim-məşq toplantısını Türkiyədə keçirəcək. Hazırda istirahətdə olan futbolçular iyunun 1-dən 12-dək qitə miqyaslı yarışa hazırlaşacaqlar.

İlk toplanışın başa çatmasından sonra futbolçulara 3 günlük istirahət veriləcək. İyun 15-də yenidən yığışacaq “İnter” ikinci təlim-məşq toplanışına yollanacaq. Toplanışın keçiriləcəyi yer hələlik dəqiq məlum deyil. Ancaq bürünc medalçımızın Avropa ölkələrindən birinə yollanacağı gözlənilir. İkinci toplanış iyun ayının 29-dək davam edəcək.