“İnter” 3 futbolçu ilə rəsmən vidalaşdı
14.05.2012 - 13:18
“İnter” 3 futbolçu ilə rəsmən vidalaşdı
Avropa Liqasında mübarizə aparacaq “İnter” islahatlara başlayıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi müqaviləsi bitən legionerlərdən çexiyalı Bronislav Çervenka, latviyalı Girts Karlson və bolqarıstanlı Enyo Krastovçevlə yollarını rəsmən ayırıb.

Son 5 ildə “bankirlər”in şərəfini qoruyan 37 yaşlı Çervenka çempionatımızda ən yaşlı legionerdisə, digər ikisi əsas heyətə düşməkdə çətinlik çəkən hücumçulardır.